Cənubi Koreyanın yeni prezidenti o seçildi

cenubi-koreyanin-yeni-prezidenti-o-secildi
Oxunma sayı: 2249

Cənubi Koreya Respublikasının yeni prezidenti seçilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu haqda ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Belə ki, Toburo Demokratik Partiyasından olan namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.

Səslərin təqribən 95%-nin hesablanmasından sonra Cənubi Koreya mediası artıq Li Çje Myonun qələbəsinin təmin olunduğunu bəyan edib.

Hakim mühafizəkar Vətəndaş Gücü Partiyasının namizədi Kim Mun Su isə 41,1% səs toplayıb.

Cənubi Koreya KİV-ləri qeyd ediblər ki, Li Çje Myonun səlahiyyət müddəti MSK sədrinin plenar iclasda seçilmiş prezidenti elan etdiyi vaxt başlayacaq.