“Cənubi Qafqazda sülhün əldə olunmasına az qaldı” - Hakan Fidan

cenubi-qafqazda-sulhun-elde-olunmasina-az-qaldi
Oxunma sayı: 1054

“Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına çox az qalıb”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan “A Haber” telekanalına müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında ilkin sülh razılaşması ABŞ-nin paytaxtı Vaşinqtonda, Prezident Donald Trampın vasitəçiliyi və iştirakı ilə razılaşdırılıb:

“Vaşinqton Cənubi Qafqazdakı gedişatı diqqətlə izləyir”.