Cəsədlərin hadisə yerindən çıxarılma anı - Video

cesedlerin-hadise-yerinden-cixarilma-ani
Oxunma sayı: 10017

Xəbər verdiyimiz kimi, ötən gün İran Prezidenti İbrahim Rəisinin də içərisində olduğu helikopter qəzaya düşüb. 

“Qafqazinfo”nun məlumatına görə, İranın “Mehr” agentliyi helikopter qəzasında həlak olan şəxslərin cəsədlərinin ərazidən çıxarılmasını əks etdirən görüntüləri paylaşıb.

Qeyd edək ki, qəza nəticəsində İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti, Təbrizin imamı Məhəmməd Əli Haşemi və onları müşayiət edən digər şəxslər həlak olublar. Onların cəsədləri qəza yerindən Təbriz şəhərinə göndərilib.