Çexiyalı hakimlər “Qarabağ”ı qrupda saxladı- - Yenilənib+Fotolar

cexiyali-hakimler-qarabagi-qrupda-saxladi-
Oxunma sayı: 5698


Bu gün Avropa Liqasının qrup mərhələsinin VI turu oyunları baş tutub. 

“Qafqazinfo”nun məlumatına görə, turnirdə tək təmsilçimiz “Qarabağ” doğma meydanda “İnter”lə  qarşılaşıb. Ağdam klubu qalib gələrsə, ikinci pillənin sahibi kimi “play-off”a yüksələcək.

***

75 dəqiqə arxada qalıb. “Qarabağ” qol axtarışlarını davam etdirir.

***

Qeyd edək ki, “Dnepr”- “Sent Etyen” matçında ev sahibi “Dnepr” hesabı açdı. Bu nəticə hələlik Ukranya təmsilçisini “play-off”a daşıyır.

***

Oyunun son saniyələrində Riçard Almeydanın vurduğu zərbə “İnter”li futbolçuya dəyərək qapıdan keçdi. Lakin çexiyalı hakimlər briqadası təmiz qolu qeyd almadı. Bununla da “Qarabağ”ın Avropa macərası başa çatır.

“Dnepr” öz meydanında “Sent- Etyen”i 1-0 hesabı ilə məğlub edərək “play-off”a adladı.

Qarabağ: 1. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 41. Leroy Corc, 17. Vüqar Nadirov, 99. Namiq Ələsgərov

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev,  24. Admir Teli, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 77. Cavid Tağıyev, 6. Hacı Əhmədov

Baş məşqçi: Qurban Qurbanov

İnter: 30. Xuan Pablo Karrizo, 6. Marko Andreolli (k), 14. Uqo Kampanyaro, 25. İbrahima Mbaye, 33. Danilo DAmbrosio, 54. Ayzek Donkor, 20. Coel Obi, 44. Rene Krhin, 90. Yann MVila, 7. Pablo Osvaldo, 97. Federiko Bonassoli

Ehtiyat oyunçular: 95. David Kosta, 46. Tommazo Berni, 24. Cakomo Skyaça, 93. Federiko Dimarko, 92. Enirko Baldini, 96. Andrea Palassi

Baş məşqçi: Roberto Mançini

İqbal