Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri aparılır. Əlavə məlumat veriləcək.
***
Yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.
***
Hazırda nazir müavinləri general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədirlər. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən saat 16:49-da söndürülüb.
Əməliyyata Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və 17 ədəd texnikası, Aviasiya dəstəsinin 3 ədəd helikopteri, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti cəlb olunub.
Son xəbərlər
Son Xəbərlər