CHP-lilər Kılıçdaroğlunun istefasını istəyir

chp-liler-kilicdaroglunun-istefasini-isteyir
Oxunma sayı: 4625

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) bir qrup tərəfdarı partiyanın Baş qərargahı önündə toplaşıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, həmin şəxslər arasında prezident seçkilərinin ikinci turunda məğlub olan CHP sədri və “Millət İttifaqı”ndan prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun istefasını tələb edənlər də var.

Bununla yanaşı, İYİ partiyasının Trabzondan olan millət vəkili Yavuz Aydın da Kılıçdaroğlunun istefasını tələb edib. Aydın məsələ ilə bağlı tviter hesabında paylaşım edərək, Kılıçdaroğlunun İYİ partiyasının sədri Meral Akşenerdən üzr istəyərək istefa verməli olduğunu qeyd edib.

Həmçinin oxuyun: Баку радуется победе Эрдогана ... - Фотосессия