“Çılpaq ziyafət”də iştirak edən rusiyalı reper həbs edilib

cilpaq-ziyafetde-istirak-eden-rusiyali-reper-hebs-edilib
Oxunma sayı: 4836

Moskva Şəhər Məhkəməsi rusiyalı bloqer Anastasiya İvleevanın təşkil etdiyi “çılpaq ziyafət”də iştirak edən “Vacio” (Nikolay Vasilyev) adlı reperin həbsi ilə bağlı yekun qərar verib. 

“Qafqazinfo” “RBK”ya istinadən xəbər verir ki, məhkəmə Lefortova Rayon Məhkəməsinin reperlə bağlı dekabrın 22-si çıxardığı qərarı qüvvədə saxlayıb.

Sözügedən məhkəmə isə “Vacio”nu qeyri-ənənəvi seksual münasibətlərin təbliğinə görə 200 min rubl (təqribən 3700 manat) həcmində cərimə edib və 15 sutkalıq həbs qərarı verib. 

Qeyd edək ki, Moskvanın “Mutabor” klubunda “Almost naked” adlı şənlik dekabrın 20-dən 21-nə keçən gecə təşkil edilib. Şənlikdə iştirak edənlər tədbirə açıq-saçıq geyimlərdə qatılıb. Reper isə şənliyə demək olar ki, çılpaq gəlib. Şənlikdə eyni zamanda, rusiyalı tanınmış müğənnilər Filipp Kirkorov, Lolita, Dima Bilan, eləcə də aparıcı Kseniya Sobçak iştirak edib. Şənlik ölkədə qalmaqala səbəb olub. Tədbir iştirakçıları və şənliyi təşkil edən bloqer İvleeva ictimaiyyətdən üzr istəyiblər.