Çin BBC-nin müxbirini həbs etdi - Səfir XİN-ə çağırıldı

cin-bbc-nin-muxbirini-hebs-etdi
Oxunma sayı: 1323

Çinin İngiltərədəki səfiri Zheng Zeguang Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Çində COVİD-19 etirazlarını işıqlandıran BBC müxbirinin həbs olunmasıdır.

“Medianı qorumağımız olduqca vacibdir. Bu, Britaniyanın inanc sisteminin əsasını təşkil edir. İctimai yerlərdə baş verən hadisələri işıqlandırarkən jurnalistlər narahat edilmədən işlərini görə bilməlidilər",-deyə nazirliyin bəyanatında qeyd olunub.

Qeyd edək ki, BBC müxbiri Lourensinin Çində COVİD-19 tədbirlərinə qarşı etirazlar sırasında döyüldüyü, həbs edildiyi və əlləri qandallandığı bildirilib.

Çin isə BBC-nin açıqlamasını təkzib edib.