"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbiri BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Çin tərəfindən olan direktoru Xu Fenxua açıb. BDU-nun prorektoru, professor İradə Əliyeva çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Müsabiqə beş hissədən - yazılı imtahan, yoxlama, nitq, Çin mədəniyyətinə dair sual-cavab və Çin bədii çıxışlarının nümayişindən ibarət olub.
Müsabiqənin münsiflər heyətinin seçimindən sonra Bakı Dövlət Universitetinin nəzdindəki orta məktəbin və beş digər orta məktəbin 10 şagirdi finalda iştirak etmək hüququ qazanıb.
Bütün dünya məktəblilərinin Çin dili üzrə “Çin dili körpüsü” adlı müsabiqəsi Azərbaycanda ilk dəfə olaraq keçirilib.
Son xəbərlər
Son Xəbərlər