Çində daşqın - 12 nəfər öldü, 12 nəfər itkin düşdü

cinde-dasqin
Oxunma sayı: 1189

Çinin şimal-qərb və cənub-qərbində daşqınlar baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin cənub-qərbində yerləşən Sıçuan əyalətində leysan yağışların səbəb olduğu sel fəlakəti nəticəsində azı 6 nəfər həyatını itirib, 12 nəfər isə itkin düşüb.

Qansu əyalətinin Lonnan şəhərində isə güclü yağışlar nəticəsində 6 nəfər həyatını itirib.

Ərazidən 3 minə yaxın insanın təxliyə edildiyi bildirilib.