Çində kömür mədənində qəza - Ölənlər var

cinde-komur-medeninde-qeza
Oxunma sayı: 1373

Çinin Henan əyalətinin Pindinqşan şəhərində kömür mədənində qəza baş verib. Azı 14 nəfərin itkin düşdüyü bildirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

İlkin araşdırmalara görə, mədəndə 61 nəfər olub. Ərazidə xilasedicilər işləyir.

Qəzaya səbəbin havalandırma sistemində baş verən qaz sızıntısı olduğu ehtimal edilir.