ÇL-də ən yaxşı adına namizəd onlardır

cl-de-en-yaxsi-adina-namized-onlardir
Oxunma sayı: 1309

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bunlar Fransanın PSJ klubundan Vitinya və İtaliya “İnter”inin futbolçusu Danzel Dumfrisdir. 

PSJ-nin futbolçusu “Arsenal”la görüşdəki performansı ilə namizəd olub. Dumfris isə “Barselona” ilə görüşdə (3:3) 2 vurub, 1 asist edib.

Qeyd edək ki, qalib UEFA-nın saytındakı səsvermə nəticəsində müəyyənləşəcək.