ÇL-də həftənin oyunçusu seçildi

cl-de-heftenin-oyuncusu-secildi
Oxunma sayı: 1069

İngiltərənin “Liverpul” klubunun qapıçısı Alisson Beker UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

“Qafqazinfo” xəbər verir ki, braziliyalı qolkiper 1/8 final mərhələsinin ilk oyununda PSJ-yə (Fransa) qarşı matçda yüksək performans sərgiləyərək 9 qurtarışla yadda qalıb.

Həftənin ən yaxşı oyunçusu adına Rodriqo (“Real”, İspaniya), Martin Edeqor (“Arsenal”, Fransa) və Harri Keyn (“Bayern”, Almaniya) də namizəd idi.