Cәnubi Afrikada sel fəlakəti - 37 nəfər öldü

cnubi-afrikada-sel-felaketi
Oxunma sayı: 677

Cənubi Afrikada aramsız leysan yağışları selə səbəb olub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Kvazulu-Natal əyalətində torpaq sürüşmәsi nәticәsindә 37 nəfər həlak olub.

Çoxlu sayda itkin düşən və xəsarət alanın da olduğu bildirilir. Amma onların dəqiq sayı məlum deyil. Hazırda bölgәdә axtarış-xilasetmә әmәliyyatları keçirilir.

Rәsmilәr ölü sayının arta bilәcәyini istisna etmirlәr.