Coli məhkəmədə Pittə uduzdu

coli-mehkemede-pitte-uduzdu
Oxunma sayı: 4693

Amerikalı məşhur aktrisa Ancelina Coli keçmiş əri Bred Pittə qarşı məhkəməni uduzub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “NBC News” məlumat yayıb.

Belə ki, aktrisanın vəkilləri Pittin iddiasına etiraz etməyə çalışsalar da, məhkəmə bu cəhdi əsassız hesab edib.

Qeyd edək ki, məhkəmə prosesi cütlüyün birgə şərab zavodunun payının rusiyalı oliqarx Yuri Şeflerə satılması ilə bağlı başlayıb. Bildirilir ki, keçən ilin payızında Coli ərindən xəbərsiz Şeflerlə sövdələşməyə girərək öz hissələrini ona satıb. Aktrisa Pittin ona 350 milyon dollar borcu olduğunu əsas gətirərək belə bir addım atdığını deyib.