COP29 Təşkilat Komitəsinin tərkibində dəyişiklik edildi

cop29-teskilat-komitesinin-terkibinde-deyisiklik-edildi
Oxunma sayı: 10688

COP29 Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib.

“Qafqazinfo”  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Təşkilat Komitəsinin yeni tərkibi aşağıdakı redaksiyada təsdiq edilib:

Təşkilat Komitəsinin sədri

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri.

Təşkilat Komitəsinin üzvləri:

Muxtar Babayev – Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti;

Ceyhun Bayramov – Xarici işlər naziri;

Mikayıl Cabbarov – İqtisadiyyat naziri;

Vilayət Eyvazov – Daxili işlər naziri;

Anar Ələkbərov – Azərbaycan Prezidentinin köməkçisi;

Fərəh Əliyeva – Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri;

Emin Əmrullayev – Elm və təhsil naziri;

Hikmət Hacıyev – Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri;

Kəmaləddin Heydərov – Fövqəladə hallar naziri;

Teymur Musayev – Səhiyyə naziri;

Rəşad Nəbiyev – Rəqəmsal inkişaf və nəqliyyat naziri;

Arif Səmədov – Prezidentinin Protokol xidmətinin rəisi;

Pərviz Şahbazov – Energetika naziri;

Samir Şərifov – Maliyyə naziri;

Nigar Arpadarai – Milli Məclisinin deputatı;

Şahin Bağırov – Dövlət Gömrük Komitəsinin sədri;

Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri;

Ruslan Əliyev – Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru;

Aygün Əliyeva – Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru;

Səbinə Əliyeva – İnsan hüquqları üzrə müvəkkili (ombudsman);

Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı;

Sevinc Fətəliyeva – Milli Məclisinin deputatı;

Vüsal Hüseynov – Dövlət Miqrasiya Xidmətinin rəisi;

İlhamə Qədimova – Kənd təsərrüfatı nazirinin müavini;

Anar Quliyev – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri;

Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi;

Vüqar Qurbanov – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru;

Ülvi Mehdiyev – Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri;

Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri;

Zaur Mikayılov – Dövlət Su Ehtiyatları Agentliyinin sədri;

Bahar Muradova – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri;

Zəkiyyə Mustafayeva – Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini;

Əli Nağıyev – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi;

Fuad Nağıyev – Dövlət Turizm Agentliyinin sədri;

Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti;

Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti;

Firuzə Sultanzadə – “EkoSfera” Sosial Ekoloji Mərkəzi İdarə Heyətinin sədri;

Umayra Tağıyeva – Ekologiya və təbii sərvətlər nazirinin müavini;

Mariana Vasileva – Gənclər və idman nazirinin müavini;

Səadət Yusifova – Mədəniyyət nazirinin müavini.