“Çox üşüdüm, üstümü örtün...” - Video

cox-usudum-ustumu-ortun
Oxunma sayı: 3566

Kahramanmaraşda baş verən zəlzələdə dağılan binanın dağıntıları altından 39 yaşlı qadın çıxarılıb.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xədicə Akan zəlzələdən 180 saat sonra xilas edilib.

O, dərhal Kahramanmaraş Dövlət Xəstəxanasına çatdırılıb. 

Dağıntılardan çıxarılarkən xilasedicilərə çox üşüdüyünü deyərək onlardan üstünü örtməyi xahiş edib. 

Həmin görüntüləri təqdim edirik: