Cüdoçumuz qızıl medal qazandı

cudocumuz-qizil-medal-qazandi
Oxunma sayı: 1956

Azərbaycan cüdoçusu Turan Bayramov Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız həlledici görüşdə gürcüstanlı Giorgi Sardalaşviliyə qalib gəlib.

Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) bürünc medal uğrunda qarşılaşmada Çin idmançısı Yeqing Zhu ilə üz-üzə gəlib. Rəqibini məğlub edən G.Məmmədəliyeva turniri üçüncü pillədə başa vurub.