Dad və dəbin bir araya gəldiyi unikal məkan - “Karolina Rooms”-Video+Fotolar

dad-ve-debin-bir-araya-geldiyi-unikal-mekan
Oxunma sayı: 440

Avropa və milli mətbəxin ən seçilən təamlarını bir arada təqdim edən “Karolina Rooms”, qonaqlarına sadəcə yemək deyil, tam bir kulinariya təcrübəsi yaşadır. Burada hər detal incə zövqlə düşünülüb – interyerin dəbdəbəsi, rahat atmosfer və yüksək səviyyəli xidmət sizi ilk andan fərqli bir dünyaya aparır.

Bura gələndə siz sadəcə masa arxasına keçmirsiniz,bir atmosferin içinə daxil olursunuz.

Restoranın menyusunda yer alan şefin xüsusi imza yeməkləri, klassik dadları modern yanaşma ilə birləşdirərək hər zövqə uyğun unudulmaz ləzzətə çevirir. Hər bir yemək ustalıqla hazırlanır və təqdim olunur ki, siz sadəcə doymaq üçün deyil, zövq almaq üçün burada olasınız.

“Karolina Rooms”un ən fərqləndirici xüsusiyyətlərindən biri isə lux və private karaoke otaqlarıdır. Yüksək komfort şəraitində dostlarınızla və ya ailənizlə əylənə, özəl anlarınızı daha rəngarəng edə bilərsiniz.

Doğum günləri, nişanlar, ailəvi məclislər və korporativ tədbirlər üçün ideal seçim olan bu məkan, hər tədbiri xüsusi və yaddaqalan etmək üçün bütün imkanlara malikdir. Peşəkar komanda sizin hər istəyinizi nəzərə alaraq tədbirinizi ən yüksək səviyyədə təşkil edir.

Əgər siz də fərqli, prestijli və yadda qalan bir məkan axtarırsınızsa, “Karolina Rooms” sizin üçün doğru ünvandır. Burada hər an xüsusi, hər dad isə unudulmazdır.

Karolina Rooms- keçirdiyiniz hər tədbir – Xatirədir!

Bura gələnlər sadəcə məmnun qalmır…
yenidən gəlmək üçün səbəb tapır.

Əlaqə nömrəsi: 050 328 77 77
Ünvan: Zaur Nudirəliyev 38A