Dağa meyvə yığmağa getdi, öldü

daga-meyve-yigmaga-getdi-oldu
Oxunma sayı: 2574

Qəbələdə dağlıq ərazidə kişi meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, meşəlik ərazidən tapılan meyitin Qəbələ şəhər sakini, 65 yaşlı Həsənov Yasər Rəmzi oğluna məxsus olması müəyyənləşib. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Bildirilib ki, Y.Həsənov dağa meyvə yığmaq üçün gedib. Ehtimal olunur ki, o, təzyiqdən dünyasını dəyişib.

Sail Ağasəlim