Daha bir epidemiya 118 insanı öldürdü

daha-bir-epidemiya-118-insani-oldurdu
Oxunma sayı: 3534

Nigeriyada heyvanlardan insanlara keçən “Lassa” qızdırmasından ölənlərin sayı 118-ə qalxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb. Xəstəlik ölkənin ən böyük şəhəri Laqos və paytaxt Abuja başda olmaqla 27 əyalətə yayılıb.

Qeyd edək ki, 2019-cu ildə Nigeriyada “Lassa” qızdırmasından 129 nəfər həyatını itirmişdi.

Orxan Məmməd