Daha bir məktəbdə şagirdlər arasında insident

daha-bir-mektebde-sagirdler-arasinda-insident
Oxunma sayı: 3445

Goranboy rayonunda məktəblilər arasında insident olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilir ki, hadisə bu gün Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbdə baş verib. Məktəbin şagirdləri arasında insident (şagirdlərin bir-birinə xəsarət yetirməsi) yaranıb. Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları da təhsil müəssisəsindədirlər.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.