Daha bir vəzifəli şəxs həbs olundu - Bu dəfə “Dayı”...

daha-bir-vezifeli-sexs-hebs-olundu
Oxunma sayı: 21191

Müdafiə Nazirliyinin daha bir yüksəkvəzifəli şəxsi həbs olunub. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, söhbət Quru Qoşunların tabeliyində olan N saylı hərbi hissənin Maliyyə xidmət bölməsində mühasib işləyən Əliyev Alı İsrayıl oğlundan gedir.

Belə ki, o, qulluqda olarkən digər vəzifəli şəxslərlə əlbir olaraq pul müqabilində hərbi qulluqçuların xidməti yerlərinin dəyişdirilməsini təşkil etməkdə və başqa cinayət əməllərini törətməkdə ittiham olunur.

Buna görə də Cinayət Məcəlləsinin 311-ci maddəsinin müxtəlif bəndləri ilə Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən  ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumatı Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev saytımıza təsdiq edib. Qurum rəsmisi qeyd edib ki, iş üzrə ibtidai araşdırma davam edir.

Qeyd edək ki, Alı Əliyev “Dayı” ləqəbi ilə tanınırdı.