Danimarka 15 rusiyalı diplomatın ölkədən çıxarılmasına dair qərar qəbul edib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin xarici işlər naziri Yeppe Kofod açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova Danimarkanın bu qərarına münasibət bildirib və qeyd edib ki, Moskva rusiyalı diplomatların ölkədən çıxarılmasına cavab olaraq Danimarkanın xarici nümayəndəliklərinin əməkdaşlarına qarşı tədbirlər görəcək.
Son xəbərlər
Son Xəbərlər