Danışıqların 5-ci raundunun tarixi və yeri açıqlandı

danisiqlarin-5-ci-raundunun-tarixi-ve-yeri-aciqlandi
Oxunma sayı: 750

ABŞ-İran danışıqlarının 5-ci raundunun tarixi və yeri açıqlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə tərəflər arasında dialoqun vasitəçisi, Oman Xarici İşlər Nazirliyinin rəhbəri Bədr bin Həməd əl Busaidi məlumat verib.

Onun sözlərinə görə, ABŞ-İran danışıqlarının növbəti mərhələsi mayın 23-nə planlaşdırılıb, görüş Romada baş tutacaq.

Qeyd edək ki, nüvə danışıqlarının dördüncü raundu mayın əvvəlində Maskatda olub.