Daşkənd hava limanı yaxınlığında güclü partlayış - Video

daskend-hava-limani-yaxinliginda-guclu-partlayis
Oxunma sayı: 3276

Özbəkistanın paytaxtı Daşkəndin hava limanının gömrük anbarı ərazisində güclü partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış dalğası episentrdən 30 km-yə qədər məsafədə hiss olunub. Lakin ölənlər və xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.

Hazırda hadisə yerinə gələn ekipajlar yanğını söndürməyə çalışırlar.