Daşlaşmış tarixi keçmişimizi dilə gətirən yeni- - əsər

daslasmis-tarixi-kecmisimizi-dile-getiren-yeni-
Oxunma sayı: 1483


Mədəniyyət və Turizm Nazirliyinin və “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (ASC) birgə dəstəyi ilə Azərbaycan və ingilis dillərində hazırlanaraq “İRS Publishing House” Çap Evində nəşr edilmiş yeni nəşr sükuta dalmış, daşlaşmış tarixi keçmişimizin, milli kimliyimizin, mədəniyyətimizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından olduqca dəyərli bir vasitədir.

“Qafqazinfo” xəbər verir ki, nəfis tərtibatlı, xüsusi dizayn və zövqlə hazırlanmış, müasir Azərbaycanımızın ən qədim yerlərindən olan və 2007-ci ildə UNESCO tərəfindən Bəşəriyyətin Ümumdünya Mədəni İrs Siyahısına salınmış Qobustana həsr edilən bu kitabın nəşrinin əsas məqsədi Xəzər dənizinin sahillərində, Qafqaz dağlarında, İran yaylasında bəşər sivilizasiyasının iyirmi min illik tarixinin işıqlandırılmasından ibarətdi.

Nəşrin “Ocaqlar və zaman” adlı giriş yazısında çoxsaylı qayaüstü rəsmlərlə zəngin olan Qobustan nadir daş kitab kimi təsvir edilir. Bu kitabın səhifələrində burada məskunlaşmış insanların həyat tərzi, məşğuliyyətləri, inancları, ilkin incəsənəti öz əksini tapıb. Bu abidə faktiki olaraq dünya sivilizasiyası ocaqlarından birinin qayalara həkk olunmuş salnaməsidir.

Məqalədə Abşeron yarımadasında, Bakıdan 60 kilometr aralıda yerləşən Qobustan Milli Tarixi-Bədii Qoruğu barədə geniş məlumatlar öz əksini tapıb və qeyd edilib ki, buradakı abidələr yuxarı paleolitdən tutmuş son orta əsrlərə qədər uzanan böyük tarixi dövrü əhatə edir. Dünyada belə bir uzunmüddətli tarixi dövrü əks etdirən ikinci qayaüstü rəsmlər toplusu mövcud deyil. Sahəsi dörd min hektardan artıq olan qoruğun ərazisində arxeoloqlar tərəfindən altı mindən çox qayaüstü rəsm, dayanacaq yerləri, kurqanlar, vaxtı ilə insanların yaşadıqları mağaralar, meqalitik tiklilər, yaşayış məskənləri aşkar edilib.


Yeni nəşrdə yer almış “Xəzərin sahillərində”, “İlk insanlar”, “Qədimlərin dünyası”, “Mis və tunc dövrü”, “Təcavüz və cavab” və “Keçmişə aparan yollar” sərlövhəli altı bölmənin hər biri oxucunu 

Kitabda yer almış bu ya digər fikirlər, tarixi faktlar, fotoşəkillər bir daha xalqımızın tarixi-memarlıq və maddi-mədəniyyət abidələrinin qədimliyindən, özünəməxsusluğundan, bizə başucalığı gətirməsindən xəbər verir.

Azərbaycan və ingilisdilli geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş “Qobustan-minilliklərin kitabı” Qobustanın tarixi ilə maraqlanan hər bir kəsə dəyərli töhfə olacaq.