DÇ-yə buraxılmayan hakimə UEFA Superkubok matçını tapşırdı

dc-ye-buraxilmayan-hakime-uefa-superkubok-matcini-tapsirdi
Oxunma sayı: 1005

ABŞ-yə girişinə qadağa qoyulduğu üçün 2026-cı il dünya çempionatından kənarda qalan somalili referi Ömər Əbdülqadir Artana UEFA-dan dəstək gəlib.

“Qafqazinfo” xəbər verir ki, Avropa futbol qurumu gənc hakimi UEFA Superkuboku matçına baş hakim təyin edib.

Rəsmi bəyanatda bu qərarın Afrika Futbol Konfederasiyası (CAF) ilə yeni imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində, bərabərlik və birlik dəyərlərini qorumaq məqsədilə qəbul olunduğu bildirilib.

Qeyd olunub ki, Ö. Artan avqustun 12-də Avstriyanın Zalsburq şəhərində Çempionlar Liqasının qalibi PSJ və Avropa Liqasının çempionu “Aston Villa” komandaları arasında keçiriləcək UEFA Superkuboku qarşılaşmasını idarə edəcək.

Xatırladaq ki, uğurlu çıxışına görə 2025-ci ildə Afrikada “İlin ən yaxşı kişi hakimi” seçilən və 2018-ci ildən FIFA dərəcəsi daşıyan Artanın DÇ-2026 siyahısına salınmasına baxmayaraq, ABŞ-yə buraxılmaması futbol dünyasında böyük narazılıq yaratmışdı.