Dəfələrlə intihara cəhd etmiş şəxsin meyiti tapıldı

defelerle-intihara-cehd-etmis-sexsin-meyiti-tapildi
Oxunma sayı: 1841

Qubada 59 yaşlı kişi özünü öldürüb.

“Qafqazinfo” xəbər verir ki, Alpan kənd sakini, 1964-cü il təvəllüdlü İmran Cəlil oğlu Qəribov özünü evinin çardağından asıb.

İlkin məlumata əsasən, spirtli içki aludəçisi olan İ.Qəribov bundan əvvəl də dəfələrlə intihara cəhd edibmiş.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.