Dəhlizdən Novruz keçir... - Fotosessiya

dehlizden-novruz-kecir
Oxunma sayı: 4822

Bu gün Şuşa bir başqadır. Bir vaxtlar işğal altında olan cənnət guşəmizdə indi təntənəli şəkildə Novruz bayramı qeyd olunur.

“Qafqazinfo”nun məlumatına görə, Novruz şənliyinin ünvanı Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması tələbilə aksiya keçirilən ərazidir.

Sözügedən ərazidə aksiya iştirakçıları üçün bayram tonqalı qalanıb, səhnə qurulub. Aksiya iştirakçıları DJ Kənanın müşayiəti ilə tonqal ətrafında yallı gedirlər, rəqs edirlər.

Qeyd edək ki, sabah da aksiya iştirakçıları üçün Novruz şənliyi davam etdiriləcək. Bayram münasibətilə təşkil olunacaq konsert proqramında Xalq artisti Röya Ayxan, müğənnilər Hiss, Nuri Sərinləndirici çıxış edəcəklər. Həmçinin bayram günü aş qazanları asılacaq.

Tədbirdən hazırladığımız fotossesiyanı təqdim edirik:

Emin Səfərov

Fotolar: Pərvin Zeynal