Dəhşətli qəzada ölən musiqiçi imiş... - Yenilənib

dehsetli-qezada-olen-musiqici-imis
Oxunma sayı: 13392

Ağcabədidə ağır avtomobil qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Ağabəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Yadigar Tofiqoğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Bu gün Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən 1987-ci il təvəllüdlü Feyziyev Yadigar Tofiq oğlu tanınmış musiqiçi olub.

Qarmon ifaçısı olan Y. Tofiqoğlunun düşdüyü qəza ilə bağlı araşdırma aparılır.