Dəm qazından zəhərlənən 27 yaşlı qız öldü

dem-qazindan-zeherlenen-27-yasli-qiz-oldu
Oxunma sayı: 553

Siyəzən rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə martın 12-si saat 16 radələrində rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1999-cu il təvəllüdlü Esmira Gülləddin qızı Məmmədova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Xəstəxanaya yerləşdirilən E.Məmmədova martın 13-də xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.