Dənizdə boğulduğu deyilən 5 uşaq atası xaricə gedibmiş

denizde-boguldugu-deyilen-5-usaq-atasi-xarice-gedibmis
Oxunma sayı: 1924

Avqust ayının 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məlumat daxil olub. 

“Qafqazinfo” xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin suda boğulmadığı, avqust ayının 20-də hava yolu ilə ölkə hüdudlarını tərk etdiyi müəyyən edilib. 

Araşdırmalar davam etdirilir.

Xatırladaq ki, Masallı rayonunun Kosagül kənd sakini olan 1990-cı il təvəllüdlü Elmar Bəybala oğlu Məmmədli avqustun 19-da yaxın qohumları ilə çimmək üçün dənizə gəlibmiş. Onun 5 uşaq atası olduğu qeyd olunub.