Deputata yaraşmayan ifadə... - “Bic doğulub...”

deputata-yarasmayan-ifade
Oxunma sayı: 16231

Millət vəkili Fazil Mustafanın son statusu müzakirələrə səbəb olub.

"Qafqazinfo" xəbər verir ki, deputat ona zəng vurub, Fətullah Gülənlə bağlı sual verən sayt əməkdaşını təhqir edib:

Həmin cavabı olduğu kimi təqdim edirik:

"Bir jurnalist zəng vurub sual verir ki, tərəfdar.az (İran kəşfiyyatı ilə bağlı saytlardan biri) saytı yazır ki, bəs Fazil Mustafa gülənçidir. Buna münasibətiniz. Cavab verdim ki, mən də iddia edirəm ki, tərəfdar.az saytının redaktoru bic doğulub və qanundankənar atası da məhz Fətullah Güləndir. Jurnalist bir də təkrar soruşur ki, siz bu iddianızı sübut edə bilərsinizmi? Deyirəm ki, mən ancaq saytın iddiasına qarşı iddia ilə çıxış etmişəm. Buyurub, onlar iddialarını sübut etsinlər, ardınca mən də iddiamı əsaslandırım. Səs çıxmadı".

Qeyd edək ki, deputatın bu cavabı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Nəzərə alsaq ki, jurnalist təcrübəsiz ola bilər, qeyri-etik sual verə bilər. Amma cavabı verən bir millət vəkilidir və o demək olar ki, hər gün mətbuatdadır. Bu baxımdan Fazil Mustafanın işlətdiyi ifadə yolverilməz hesab olunur...