Deputatın qardaşı oğlu həbs edildi – - Dələduzluq

deputatin-qardasi-oglu-hebs-edildi-
Oxunma sayı: 6831


“Qafqazinfo” xəbər verir ki, bu barədə “AzPolitika.info”-ya mötəbər mənbələrdən məlumat daxil olub. N.Əhmədov vətəndaşın şikayəti əsasında Nəsimi RPİ-də başlanılmış cinayət işi çərçivəsində, təxminən 10 gün əvvəl saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. N.Əhmədova qarşı dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. O, aldatma yolu ilə adını dəqiqləşdirə bilmədiyimiz vətəndaşın 5 min manatını mənimsəməkdə şübhəli bilinir.

Məlumat hüquq-mühafizə orqanlarındakı mənbə və N.Əhmədovun yaxınları tərəfindən də təsdiqlənib. Bildirilib ki, deputatın qardaşı oğlu Bakı İstintaq Təcridxanasında saxlanılır.

N.Əhmədovun əməllərindən zərərçəkənlərin bir yox, bir neçə nəfər olduğu haqda da məlumatlar var. 

***
Report-un yazdığına görə, N. əhmədovdan şikayət edən şəxs Rasim İsgəndər oğlu İsgəndərovdur. O, Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək Namiq Əhmədovun onu mühasib vəzifəsinə işə düzəltmək adı ilə aldatdığnı, 5 min manat pulunu mənimsədiyini bildirib. Cinayət işində zərərçəkən kimi qeyd olunan R.İsgəndərov Azərbaycanın Milli Qəhrəmanı, 1995-ci il mart hadisələrində şəhid olan Famil İsgəndər oğlu İsgəndərovun qardaşıdır.