Deputatlar tətilə çıxdı

deputatlar-tetile-cixdi
Oxunma sayı: 1478

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası başa çatıb.

“Qafqazinfo”nun xəbərinə görə, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiya müddətində 9 iclas keçirilib, 90 qanun və qərar qəbul edilib.

Sonda sessiyaya yekun vurulub, Dövlət Himni səsləndirilib. Bununla da deputatlar tətilə çıxıb.

Qeyd edək ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır.

Zaur Mirzə

Həmçinin oxuyun: Скончался депутат Мадер Мусаев