125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Aynur Abdullayeva seçicilərə videomüraciət edib.
“Qafqazinfo” xəbər verir ki, videomüraciətdə özü haqqında məlumat verən Aynur Abdullayeva özünün də məcburi köçkün həyatı yaşadığını, şəhid vermiş, itkini olan ailənin övladı olduğunu bildirib. Həmin dairədən olan seçicilərlə mütəmadi görüşlər keçirən namizəd onların hər birinin problemlərindən xəbərdar olduğunu diqqətə çatdırıb. Zəngilan və Qubadlı rayonlarından olan seçicilərin məskunlaşdığı yaşayış məntəqələrində əlavə iş yerlərinin açılması üçün əlindən gələni edəcəyini vurğulayıb: “Təhsil və səhiyyənin inkişafı, uşaq və yaşlılara dövlət qayğısının artırılması, işsiz gənclərə dəstək olmaq üçün çalışacağam. Məqsədim el-obamıza kömək etməkdir. Hər birinizin səsi olacağam! Etimadınızı doğruldacağıma əminəm!”
“Qafqazinfo.az” həmin videomüraciəti sizə təqdim edir:

Son xəbərlər
Son Xəbərlər