Dərinin çox hissəsi yandıqda bu əlamətlərlə yanaşı, baş ağrısı, bədən hərarətinin artması, halsızlıq zərərçəkmişi narahat edə bilər.
Dəridə günaş şüası yanıqları əmələ gəldikdə bunları etmək lazımdır:
İlıq duş və ya vanna qəbulu ( suya yarım stəkan soda, nişasta və ya dəniz duzu da əlavə etmək olar)
Yanan dəri sahələrinə gün ərzində bir neçə dəfə aloe vera tərkibli lasyon vurmaq yaxşı təsir edir
Suluqları deşmək lazım deyil, bu sağalmanı gecikdirir və infeksiyalaşma ehtimalını da artırır. Əgər suluqlar özü deşilibsə, o zaman antibakterial krem sürtmək lazımdır( sintomisin, tetrasiklin, eritromisin və s.)
Dözülməz ağrı və bədən hərarətinin 38.5 dərəcədən yuxarı olduğu halda dərman qəbul edə bilərsiniz(aspirin, ibuprofen, naproksen, parasitomol və s.) Uşaqlara və yeniyetmələrə aspirin vermək olmaz!
Vazelindən, müxtəlif yağlardan və digər məişət vasitələrindən istifadə etmək məsləhət görülmür. Onlar sağalma prosesini ləngidir.
Dəridə suluq, səpgilər və göynəmə hissiyyatı olduqda, yaxşı olar ki, həkimə (dermatoloqa) müraciət edəsiniz.
Nuri Arif
Son xəbərlər
Son Xəbərlər