“Deyirlər, 150 sürətlə sürüb, ağır dərddir...” - Video

deyirler-150-suretle-surub-agir-derddir
Oxunma sayı: 6263

Xəbər verdiyimiz kimi, ötən gün Biləsuvar rayonunda “Lexus” markalı avtomobilin su kanalına düşməsi nəticəsində 5 nəfər həyatını itirib.

“Qafqazinfo”nun məlumatına görə, hadisədə ölənlərin yaxınları danışıblar.

Mərhum İldırım Həsənlinin atası İlqar Həsənov yaşadıqları faciəni belə təsvir edib: “Ölənlərdən ikisi qardaşım balalarıdır. Digəri də qonşumdur. Ağır dərddir. Ailə məhv oldu, bircə nəvəsi qalıb. İldırım mənim oğlum idi, 35 yaşı var idi. Deyirlər, maşını 150 km/saat sürətlə sürüb, idarə edə bilməyib. Gənclərə tövsiyəm odur ki, ehtiyatlı olun, bala”.

Həlak olanlardan biri – 25 yaşlı Məhəmməd Məmmədlinin atası Vidadi Məmmədov isə bu sözləri deyib: “Hamısı mənim balalarımdır. Bizim ailə üçün böyük faciədir. Qonşunun iki oğlu və mənim oğlum – üçü də dost idilər. Üçü də bir yerdə dəfn olundular”.

Daha ətraflı Baku TV-nin süjetində: