Dilan Polat bu dəfə polislərdən istəyi ilə gündəm oldu

dilan-polat-bu-defe-polislerden-isteyi-ile-gundem-oldu
Oxunma sayı: 8725

Ötən gün saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polatın həbsdə polislərdən istəyi müzakirələrə səbəb olub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 33 yaşlı Polatın polislərdən üzünə qulluq üçün vitamin istədiyi iddia edilib.

Belə ki, Dilan Polatın “Mənim dərim çox önəmlidir, burada zədələnə bilər. Dərim üçün istifadə etdiyim vitaminləri istəyirəm” dediyi bildirilir. Qeyd olunur ki, onun bu istəyi rədd edilib.

Xatırladaq ki, sosial media fenomeni ilə birlikdə həyat yoldaşı, iş adamı Engin Polat, həmçinin Dilan Polatın bacısı Sıla Doğu, Engin Polatın qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də daxil olmaqla 17 nəfər saxlanılıb.

İlkin məlumata əsasən, onlar çirkli pulların yuyulmasında ittiham olunurlar. Bildirilir ki, Anadolu Baş Prokurorluğu Engin Polat və Dilan Polat haqqında “Cinayətdən əldə edilən gəlirlərin yuyulmasının qarşısının alınması, Vergi Prosessual Qanunu ilə futbol və digər idman yarışlarında mərc və şans oyunlarının tənzimlənməsi” cinayətlərinə görə istintaq başladıb, onlara məxsus şirkətlərdə aparılan axtarışlar zamanı rəqəmsal materiallar və noutbuklar götürülüb.

Bir müdddət öncə Dilan Polatla ərinin var-dövləti müsadirə edilib. İkiliyə, həmçinin ölkəni tərk etmək qadağası qoyulub. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilib.

Cütlük Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Onların iki övladı var.