DİM rezidentura ilə bağlı müraciət yaydı

dim-rezidentura-ile-bagli-muraciet-yaydi
Oxunma sayı: 1476

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək namizədlərə müraciət edib.

DİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, namizədlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi avqustun 5-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. 

İmtahana buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.

Ətraflı məlumatı DİM-in saytına daxil olaraq əldə edə bilərsiz.