DİN-dən Əlif Hacıyevin qardaşının həbsi ilə bağlı - Açıqlama

din-den-elif-haciyevin-qardasinin-hebsi-ile-bagli
Oxunma sayı: 6120

Daxili İşlər Nazirliyi Milli Qəhrəman Əlif Hacıyevin qardaşı Rza Hacıyevin həbs olunması xəbəri ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb. Ondan “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb, araşdırma aparılır.