DİN-dən Qəbələdəki görüntülərlə bağlı - Rəsmi açıqlama

din-den-qebeledeki-goruntulerle-bagli
Oxunma sayı: 8544

Qəbələnin Vəndam qəsəbəsində polisin yeniyetməyə şiddət göstərdiyi anı əks etdirən görüntülər yayılıb. Sosial şəbəkələrdə yayılan videoda polis əməkdaşının yeniyetmə oğlanı döydüyü görünür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov “Qafqazinfo”ya bildirib ki, polis nəfəri ilə vətəndaş arasında olan insident araşdırılır:

“Hadisə dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.