DİN polkovniki “qanuni oğru” ilə işbirliyinə girdi - Evində 8 milyard tapıldı

din-polkovniki-qanuni-ogru-ile-isbirliyine-girdi
Oxunma sayı: 12625

Evində axtarış aparılan Rusiya DİN-in vəzifəli şəxsinin mənzilindən 8 milyard rubl (təxminən 125 milyon dollar-red.) götürülüb.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, polkovnik Dmitri Zaxarçenkonun özü isə daha əvvəl Federal Xidmət Bürosu əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə saxlanılıb.

Onun saxlanılması Rusiya İstintaq Komitəsi generalları ilə kriminal avtoritet Zaxari Kalaşovun ( Şakro Molodoy) korrupsiya əlaqələrinə dair açılan cinayət işi çərçivəsində olub. 

Polkovnikə qarşı küllü miqdarda rüşvət alma maddəsi ilə cinayət işi açılıb. Eyni zamanda, DİN-də yeni həbslər, hətta istefaların olacağı da istisna edilmir.