DİN Qaxda baş verən qətllə bağlı açıqlama yaydı

din-qaxda-bas-veren-qetlle-bagli-aciqlama-yaydi
Oxunma sayı: 3242

Daxili İşlər Nazirliyi (DİN) Qax rayonunda baş vermiş qətllə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dünən saat 19 radələrində 2005-ci il təvəllüdlü A. Papiaşvilinin kirayədə yaşadığı evdə çoxsaylı kəsilmiş, deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib,hadisəni törədən şəxs və yaxud şəxslərin tutularaq istintaqa təhvil verilmələri istiqamətində əməliyyat - istintaq tədbirləri davam etdirilir.