Direktorun evindən 100 min oğurlandı- - Lənkəranda

direktorun-evinden-100-min-ogurlandi-
Oxunma sayı: 2498


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Lənkəran şəhər sakini, rayonun Darquba kənd orta məktəbinin direktoru işləyən 1973-cü il təvəllüdlü Mayis Vəfa oğlu Kazımov Lənkəran şəhər Polis Şöbəsində ərizə ilə müraciət edərək ona məxsus olan Lənkəran şəhərində, Böyükağa Mirsalayev küçəsi-18 ünvanında yerləşən mənzildən 100 min manatlıq qızıl-zinət əşyalarının, mobil telefon, noutbuk, kredit kartlarının oğurlandığını bildirib.

Polisin həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü Nicat İbad oğlu Əlizadə isti izlərlə saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

Faktla Lənkəran şəhər Polis Şöbəsində cinayət işi başlanıb.