Dmanisidə azərbaycanlılara kütləvi hücum olub - Video

Dmanisidə azərbaycanlılara kütləvi hücum olub
Oxunma sayı: 10075

Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerləşən “Ömər” marketə kütləvi hücum olub.

"Qafqazinfo" 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə mağaza sahibləri məlumat verib.

Mağaza sahibi Qəşəm Şamilovun sözlərinə görə, hücumu həyata keçirənlər Dmanisidə yaşayan bir qrup svan (gürcü) əsilli şəxslərdir. Q.Şamilov hücum edən şəxslərin artıq bir neçə dəfə mağazaya gələrək, aldıqları məhsulun pulunu verməyəcəklərini dediklərini bildirib.

Onun sözlərinə görə, bu gün saat 17:00 radələrində bir qrup svan (gürcü) əsilli şəxslər mağazanın önünə gələrək, qarşısında duran gəncləri və mağaza sahiblərini döyməyə çalışıblar.

Mağaza sahibləri qeyd ediblər ki, onlar azərbaycanlılara, müsəlmanlara Dmanisidə yer olmadığı ilə bağlı ifadələr də işlədiblər. Xəbər portalımıza verilən məlumata əsasən, kütləvi hücum zamanı bir neçə nəfər ciddi xəsarətlər alıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerinə gələrək araşdırmaya başlayıblar.