Doğuş şəhidlərə görə sabahkı konsertini təxirə saldı- - Foto

dogus-sehidlere-gore-sabahki-konsertini-texire-saldi-
Oxunma sayı: 3534


“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, ifaçı rəsmi İnstaqram səhifəsində konsertin təxirə düşdüyünü açıqlayıb:

“Azərbaycandakı konsertimi təxirə saldım. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Başqa zamanda görüşmək ümidi ilə...”

Xatırladaq ki, AzVision.az məsələ ilə bağlı konsertin reallaşacağı “Panoramic Restaurant & Music Hall”un adminstratoru ilə əlaqə saxlasa da,  restorandan Doğuşun konsertinin təxirə salınmayacağı və yalnız dövlət səviyyəsində matəm elan olunsa, belə addım atılacağı söylənilmişdi.