Donetskdə bazara hücumda ölənlərin sayı artdı - Yenilənib

donetskde-bazara-hucumda-olenlerin-sayi-artdi
Oxunma sayı: 11794

Ukrayna Silahlı Qüvvələri Donetskin Tekstilşik mikrorayonunda bazara azı 6 ədəd 155 mm-lik mərmi atıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda şəhərin meri Aleksey Kulemzin öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində 18 nəfər ölüb, daha 13 nəfər xəsarət alıb. Eyni zamanda mer qeyd edib ki, qurbanlar və xəsarət alanlar barədə məlumat gəlməkdə davam edir.

***

“Donetsk Xalq Respublikası”nın “rəhbər”i Denis Puşilin Donetskdə “Merkuri” qapalı bazarının atəşə tutulması nəticəsində ölənlərin sayının 25 nəfərə çatdığını bildirib.

O bildirib ki, daha 20 nəfər yaralanıb.

***

Donetsk şəhərinin Tekstilşik mikrorayonuna artilleriya zərbəsi nəticəsində 27 nəfər ölüb, 25 nəfər yaralanıb.

Bu barədə “Donetsk Xalq Respublikası”nın “rəhbər”i Denis Pişulin teleqram kanalında məlumat yayıb.