Dostunu evinə çağırıb qətlə yetirdi - Qubada cinayətin təfərrüatı + Video

dostunu-evine-cagirib-qetle-yetirdi
Oxunma sayı: 7281

Xəbər verdiyimiz kimi, Qubanın Alpan kəndində cinayət hadisəsi baş verib. 

“Qafqazinfo” Xəzər TV-yə istinadən xəbər verir ki, kənd sakini, 28 yaşlı Anar Balayev axşam saatlarında siqaret almaq üçün evdən çıxıb və geri qayıtmayıb. Anar adətən evə gecə saatlarında gəldiyindən yaxınları da narahat olmayıblar.

Səhər isə Anar Balayevin ölüm xəbərini eşidiblər. Məlum olub ki, o, həmkəndlisi və dostu, əvvəllər məhkum olunmuş Eşqin Rəsulov tərəfindən qətlə yetirilib.

Mərhumun yaxınlarının sözlərinə görə, Anarla Eşqinin ararsında heç bir ədavət olmayıb və hər zaman mehriban olublar.

Hadisəni törədən Eşqin Rəsulov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.